Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Maşınımı icazəsiz sürüb qəza törətdilər, sığorta pulunu kimdən alım?

 "Maşınımı icazəsiz sürüb qəza törətdilər".

Yenixeber.org: Nə qədər qəribə görünsə də, Azərbaycanda bu kimi hallara rast gəlinir.

Məsələn, bəzən avtomobil təmir olunması və yaxud yuyulması üçün müvəqqəti kiməsə təhvil verilir. Bu zaman maşının sahibinin orada olmamasından istifadə edib, onu sürürlər və ehtiyatsızlıq edib qəza törədirlər. Bu zaman isə dəymiş ziyanın ödənilməsi məsələsi ortaya çıxarır. Sığorta şirkəti bu halda ödəniş etməyə borcludurmu? 

Sığorta eksperti İlkin İbrahimov deyir ki, bu kimi hallar avtomobilin qaçırılması və yaxud oğurlanması kimi rəsmiləşmə, sığorta ödənişi verilə bilər: "Bu, könüllü avtomobil sığortasına aid hallardır. Əsas odur ki sığorta müqaviləsində belə hallar mütləq qeyd olunsun. Onda belə şəxsə sığorta təzminatı düşür. Bəzən isə vətəndaş hotellərdə nəzarətçiyə maşının açarını verir ki, onu dayanacaqda park etsin. Bu isə nə qaçırılma, nə də oğurlanmadır, avtomobilin etibarnaməsiz idarə edilməsi sayılır. Sığorta şirkəti ödənişdən imtina edə bilər".

Onun sözlərinə görə, qaçırılma və yaxud oğurlanma hallarına görə ödəniş edən sığorta şirkətləri daha sonra hüquq-mühafizə orqanlarının rəyi əsasında hadisəni törətmiş şəxssən subroqaisya qaydasında ödəniş tələb edə bilər.

Ölkənin aparıcı sığorta şirkətlərindən birinin Anderraytinq və təkrarsığorta şöbəsinin müdiri Şəbnəm Bəşirova isə mövzunu belə şərh edib: "Fiziki şəxslər üçün "Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2. bəndinə əsasən, təmir və yaxud xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və yaxud yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması zamanı baş verən hadisələrə təminat verilmir. Bu bənddən də gördüyümüz kimi sığortalı nəqliyyat vasitəsi təmirdə olduğu zaman təmir edən usta tərəfindən idarə olunan zaman baş verən hadisələrə təminat verilir. Park nəzarətçisinin səlahiyyətləndirilmiş sürücü olmadığını nəzərə alaraq o zaman baş verən hadisələrə təminat verilmir.

Hüquqi şəxslər üçün “Avtonəqliyyat vasitələrinin könüllü sığortası qaydaları”nın 26.1 bəndinə əsasən isə, avtonəqliyyat vasitəsinin səlahiyyətləndirilmiş sürücü olmayan şəxs tərəfindən idarə edilməsi zamanı baş verən hadisələrə təminat verilmir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam