Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Umayra Tağıyeva:"Quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır"

 

"Uzun sürən yüksək temperatur şəraiti fonunda quraq havaların üstünlüyü meşələrimizdə yanğın təhlükəsini yüksəldir".

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, məzuniyyət və qısamüddətli istirahətini meşəlik ərazilərdə keçirmək istəyənlərin sayının çox olması, bəzi insanların məsuliyyətsizliyi yanğın təhlükəsini daha da artırır: "Təbii ki, yağış yağdıqda, torpaq nəm olduqda yanğın təhlükəsi ehtimalı azalır. Lakin son dövrdə davam edən quraq və qızmar hava şəraiti meşə yanğınları ehtimalını artırır. Yanğın təhlükəli meteoroloji şərait fonunda hətta səhlənkarlıq nəticəsində quru otların yandırılması, söndürülməmiş atılan kibrit çöpü və siqaret belə yanğın fəlakətinə səbəb ola bilər. İstirahətə gələnlər tərəfindən ocaq və manqalların qalanması da təhlükə mənbəyidir. Meşələr xalqın sərvətidir. Eyni zamanda unikal ekosistemdir. Hamılıqla məsuliyyətli olaq və meşələrimizi qoruyaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam