Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Prezident:"Son illərdə Ağsu və İsmayıllıda böyük infrastruktur layihələri icra edilib"

 

"Son illərdə Ağsu və İsmayıllı rayonlarında böyük infrastruktur layihələri icra edilmişdir. Demək olar ki, infrastruktur layihələrinin əsas hissəsi başa çatmışdır".

Yenixeber.org:  Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində AzTV-yə müsahibəsində deyib.

Hər iki rayonda qazlaşdırma, elektrik enerjisi, su təchizatı və yolların tikintisi ilə bağlı çox böyük layihələrin icra edildiyini vurğulayan Prezident İlham Əliyev bildirib: “Təkcə onu demək kifayətdir ki, dağlıq rayon olmasına baxmayaraq, İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Son illərdə bu iki rayonda 10-dan çox elektrik yarımstansiyası inşa edilmişdir və elektriklə təchizat tam təmin edilir. Yolların çəkilişi, həm kənd yolları, eyni zamanda, İsmayılı-Muğanlı yolunun yeni hissəsi icra edilir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam