Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır -XİN

Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır - XİN


Özbəkistan Asiyadan Avropaya ən qısa quru marşrutunu təmin edə biləcək Zəngəzur dəhlizinin bərpasında maraqlıdır.

Yenixeber.org: Bunu Özbəkistan xarici işlər naziri vəzifəsini icra edən Vladimir Norov Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşünün yekununda mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, üç ölkənin regionlararası nəqliyyat dəhlizlərini inkişaf etdirmək niyyəti xüsusi aktuallıq qazanır.

V.Norov qeyd edib ki, planlaşdırılan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Trans-Qafqaz dəhlizi ilə birləşməsi üç ölkə arasında vahid nəqliyyat şəbəkəsini yaradacaq və Çindən Avropaya ticarət coğrafiyasını genişləndirəcək.

"Məhz buna görə Özbəkistan Zəngəzur dəhlizinin bərpasında maraqlıdır", - deyə o bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam