Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukraynada universiteti bitirən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

 

Ukraynada fevralın 24-dən davam edən müharibəyə baxmayaraq bu il 207 Azərbaycan vətəndaşı həmin ölkənin ali təhsil müəssisələrini bitirərək diplom alıb.

Yenixeber.org: Bu barədə Ukrayna Təhsil və Elm Nazirliyindən bildirilib.

Ölkədəki mövcud hərbi vəziyyət nəzərə alınaraq növbəti tədris ili üçün Azərbaycan vətəndaşlarının Ukrayna universitetlərinə qəbuluna gəlincə, nazirlikdən məlumat verilib ki, bu il ali təhsil səviyyəsi üzrə yeni qəbul proseduru təsdiqlənib:

“Xarici vətəndaşlar əyani və ya məsafədən təhsil ala bilərlər. 2022-ci ildə təhsil almaq üçün dəvət 1 il müddətində etibarlıdır. Vizasız rejimi nəzərə alaraq, Ukraynanın təhsil müəssisələrinə distant rejimdə daxil olmaq və təhsil almaq istəyən Azərbaycan vətəndaşları təhsil müəssisəsi ilə əlaqə saxlamalı və təhsil almaq üçün dəvət almalıdırlar. Daha sonra informasiya və konsaltinq dəstəyi üçün bir sıra xidmətlərə ödəniş edilməlidir. Abituriyent Ukraynanın Xarici İşlər Nazirliyində və ölkənin Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində təhsil haqqında sənədi leqallaşdırmalıdır (konsul leqallaşdırması və ya apostil).

Abituriyent onlayn şəkildə qəbul imtahanları verdikdən sonra isə poçtla təhsil haqqında sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini göndərilməlidir. Qeydiyyat kiçik bakalavr, bakalavr və ya magistr pillələri üzrə ildə üç dəfə, aspirantura və adyunkturaya isə bir il müddətində aparıla bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam