Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri 15% azalıb

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) 2020-ci ili 684 min manat zərərlə başa vurub.

Yenixeber.org: Bu, 2019-cu illə müqayisədə 14,8% azdır.

2020-ci ildə İİTKM-nın əsas əməliyyat gəlirləri 480 min manat (2019-cu ilə nisbətən 4,25 dəfə çox), sair əməliyyat gəlirləri 14 min manat (təxminən 22 dəfə az), maliyyə gəlirləri 8 min manat (3,5 dəfə az), əmək haqqı, ezamiyyət və işçilərin mükafatlandırılması üzrə xərcləri 497 min manat (7,1% az), sosial və işsizlikdən sığorta ayırmaları 112 min manat (5,8% az), amortizasiya (köhnəlmə) xərcləri 407 min manat (5,7% az), inzibati, təsərrüfat və sair xərcləri 169 min manat (0,5% çox), ödəmə mənbəyindən vergi xərcləri isə 1 min manat (5,1 dəfə az) təşkil edib.

2021-ci il yanvarın 1-nə İİTKM-nın aktivləri 6,533 milyon manat olub ki, bu da illik müqayisədə 10,1% azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri təxminən 50 dəfə azalaraq 46 min manata düşüb, balans kapitalı isə 30,2% artaraq 6,487 milyon manata çatıb.

Xatırladaq ki, İİTKM Prezident İlham Əliyevin 20 aprel 2016-cı il tarixli fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikro iqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaq, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər hazırlamaq, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etmək, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində ölkənin nailiyyətlərinin təbliğ etməklə məşğuldur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam