Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycanda pomidor niyə baha satılır? –Fotolar

Məlum olduğu kimi, ötən illərlə müqayisədə bu il daxili bazarda pomidor baha qiymətə satılır.
Yenixeber.org: Hazırda marketlərdə pomidorun qiyməti 2-3 manat arasında dəyişir.

Ötən ilin iyun ayında isə pomidorun qiyməti bundan təxminən 2 dəfə ucuz olub.
Pomidorun qiymətinin baha olmasının səbəblərindən biri də ötən illə müqayisdə bu il ixracın kəskin artmasıdır.
Bu ilin ilk 4 ayında Azərbaycandan Rusiyaya 46 min 314,4 ton pomidor ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 35% və ya 11,9 min ton çoxdur.
Onu da qeyd edək ki, hazırda Rusiyada Azərbaycan pomidoru olduqca yüksək qiymətə satılır. Bu səbəbdən də yerli istehsalçılar pomidoru daxili bazarda satmaqdansa, Rusiyaya ixrac etməyi üstün tuturlar.
Moskvadakı supermarketlərdə Bakı pomidorunun kiloqramı 299 rubla satılır. Rusiya Mərkəzi Bankının açıqladığı rəsmi məzənnə (1 dollar/57 rubl) ilə hesablandığı zaman bu qiymət 5,2 dollara (9 manat) bərabər olur.
Maraqlıdır ki, Rusiyada 9 manata satılan Azərbaycan pomidorunun gömrük dəyərində heç bir dəyişiklik olmayıb. Ötən ilin ilk 4 ayında olduğu kimi bu ilin ilk 4 ayında da ixrac edilən pomidorun 1 kiloqramının gömrük dəyəri 1,2 dollar (2 manat) göstərilir.
Onu da bildirək ki, hazırda digər qonşu ölkə Türkiyədə pomidorun 1 kiloqramı 11 lirəyə (1,1 manata) satılır.
 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam