Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

IEF:"Son 2 ildə neft-qaz hasilatına investisiyaların həcmi 25 % azalıb"

 

Son iki ildə neft-qaz hasilatı sektoruna yatırılan investisiyaların həcmi təxminən 25 % azalıb.

Yenixeber.org: Bunu Beynəlxalq Enerji Forumunun (IEF) Baş katibi Cozef Makmoniqlen Bakı Enerji Həftəsi çərçivəsində keçirilən konfransın ilk günündə bildirib.

"Təbii ki, buna səbəb göstərən amillər arasında da COVID-19 pandemiyası da var. Amma düşünürəm ki, bundan sonra da hasilat sektoruna ayrılacaq investisiyalar 25 milyard ABŞ dolları civarında olaraq qalacaq", - C. Makmoniqlen qeyd edib.

Onun sözlərinə görə, gündəlik neftə təlabatın 90 milyon barel olaraq qalması hələ də "qara qızıl"a tələbatın yüksək səviyyədə olmasını göstərir.

C.Makmoniqlen hesab edir ki, neftə olan tələbat getdikcə artacaq:

"Hazırda neftə gündəlik tələbat 90 milyon barel olsa da bunun 100 milyon barelə çatacağını proqnozlaşdırırıq. Bu isə bizə imkan yaradır ki, bir neçə məsələlərə fikir verək. Çünki bazarda artıq neft ola bilər və enerji keçidi dövründə karbon emissiyasının azaldılmasına diqqət yetirilməlidir".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam