Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ƏDV ilə bağlı fərman imzalandı

 

 

Prezident İlham Əliyev “Fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.

Yenixeber.org: Fərmana əsasən, İqtisadiyyat Nazirliyi Qaydada nəzərdə tutulan müvəkkil bankı (bankları), Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bankı ilə razılaşdırmaqla, 15 gün müddətində müəyyən etməli, ƏDV-nin qaytarılması sisteminin tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını büdcədənkənar fondu hesabına təmin etməlidir.

Bundan başqa, nazirlik vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini,ƏDV-nin qaytarılması sisteminin tətbiqi ilə bağlı təbliğat işinin aparılmasını təmin etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Maliyyə Nazirliyinə isə, ƏDV-nin, Qaydanın tələblərinə uyğun olaraq, İqtisadiyyat Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxil olan əlavə dəyər vergisi üzrə faktiki mədaxilin həmin məbləğ həddində azaldılması hesabına geri qaytarılmasını təmin etmək, Qaydada nəzərdə tutulan rəyin formasını, İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, 15 beş gün müddətində təsdiq etmək tapşırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam