Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə azərbaycanlı qazilərlə görüş keçirilib

 

Azərbaycanın Türkiyədəki səfirliyində Türkiyənin Müharibə Qaziləri Dərnəyinin (TSGD) dəvəti və "Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan qaziləri ilə görüş keçirilib.

Yenixeber.org: Tədbirdə diplomatlar, səfirliyin nəzdindəki hərbi attaşelik aparatının əməkdaşları, eləcə də TSGD-nin və Təqaüddə olan Gizirlər Dərnəyinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov qazilərin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqların hər bir gənc üçün örnək olduğunu bildirib.

O, Azərbaycan dövlətinin qazilərə göstərdiyi yüksək diqqətdən danışıb, bir çox qazimizin məhz qardaş Türkiyədə müalicə aldığını və reabilitasiya keçdiyini qeyd edib və Türkiyə həkimlərinin onlara xüsusi qayğı ilə yanaşdığını vurğulayıb.

Səfir türkiyəli qazilərin azərbaycanlı qardaşlarına mənəvi və psixoloji dəstəyinin mühüm önəmindən bəhs edib və bunu yüksək qiymətləndirib.

Görüşdə qazilər də çıxş ediblər, dövlətin onlara göstərdiyi diqqət və qayğıdan razılıqlarını bildiriblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam