Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Gürcüstanla Azərbaycan arasında dəmir yolu ilə yük daşımalarının vaxtı azalacaq

 

Gürcüstan və Azərbaycan arasında dəmir yolu ilə yük daşımaları üçün tələb olunan vaxt 4 saat azalacaq.

Yenixeber.org: Bu barədə Gürcüstanın dəmir yollarının modernləşdirilməsi layihəsinin tərəfdaşlarından biri olan Asiya İnkişaf Bankının (ADB) 2021-ci il üzrə hesabatında bildirilib.

Sənədə əsasən, layihənin reallaşdırılması ilə yük qatarlarının Azərbaycan sərhədindən Batumi limanına çatması üçün tələb olunan orta vaxt 4 saat azalacaq.

Ötən il “Gürcüstan dəmir yolları” SC ilk dəfə olaraq London Fond Birjasında “yaşıl” istiqrazlar yerləşdirib və cəlb olunan vəsaitlərin həcmi 500 milyon ABŞ dolları təşkil edib. ADB 50 milyon ABŞ dolları ayırmaqla sövdələşmənin əsas tərəfdaşlarından biri kimi çıxış edib.

Gürcüstan dəmir yolları şəbəkəsinin modernləşdirilməsi nəticəsində illik yük daşımalarının həcmi 2024-cü ildə 27 milyon tondan (2020-ci ildə) 48 milyon tona qədər artacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam