Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Qusarda polis məktəblilərlə görüşüb -FOTOLAR

Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Zindan Muruq kənd  tam orta məktəbində  “Gəncliyimizi narkomaniyadan qoruyaq” və “Erkən nikah və onun fəsadları” mövzularında ətraf kənd məktəblilərinin də iştirakı ilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə RPŞ-nin əməkdaşları, rayon mərkəzi xəstəxanasının  nümayəndəsi,  məktəblərin pedaqoji heyəti və yuxarı sinif şagirdləri iştirak ediblər.

Yenixeber.org: Tədbirdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki  Eldar İlyasov şagirdlərə narkotik asılılığının törətdiyi fəsadlarla bağlı geniş məlumatlar verib. Narkotikin insan həyatına və sağlamlığına vurduğu zərərlərdən ətraflı söhbət açılıb. Eyni zamanda rayon ərazisində narkotik alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı aparılan genişmiqyaslı əməliyyat tədbirləri iştirakçıların diqqətinə çatdırılıb.

Həmçinin, çıxış edən RPŞ-nin azyaşlılarla iş üzrə baş inspektoru, polis mayoru    Səlahəddin Əmrullayev  erkən nikahın səbəb olduğu problemlərdən söhbət açaraq, hər bir uşağın yaşamaq, təhsil almaq, müdafiə olunmaq hüquqları olduğunu vurğulayıb. Qeyd edib ki, hər bir şagird öz hüquq və vəzifələrini bilməli, zərərli vərdişlərdən uzaq durmalıdır.

Tədbirdə çıxış edən rayon mərkəzi  xəstəxanasını  həkimi Səbinə Aşurova narkotikin insan bədəninə vurduğu zərərlərdən ətraflı bəhs edib.

Sonra narkotik təsirlərin səbəb olduğu fəsadlar və dağıdıcı təsirlər barədə videoçarx nümayiş olunub. Yekunda mövzu ətrafında məktəblilərin sualları cavablandırılıb.

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam