Redaktor seçimi
Əziz Quliyev azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Günün xəbəri

Rusiya Polşa və Bolqarıstanın qazını kəsdi –Rublla ödəniş etmədilər...

Polşanın PGNiG qaz şirkəti bildirib Rusiya aprelin 27-dən bu ölkəyə qazın nəqlini dayandıracaq. Moskva bu qərarını onunla izah edib ki, Varşava Rusiya qazı üçün ödənişlərin rublla edilməsinə dair martın 31-dən verilmiş tələbi rədd edib. Həmin vaxtdan Rusiya hökuməti Polşanı “dost olmayan ölkələr” siyahısına daxil etmişdi.

Yenixeber.org: "Qazprom" şirkətinin nümayəndəsi bildirmişdi ki, Polşaya qaz verilməsinin dayandırılması hələ rəsmən elan olunmayıb, lakin ona xəbərdarlıq edilib ki, ödənişlər Rusiya valyutası ilə edilməlidir.

PGNiG-in ilin birinci rübündə idxal etdiyi qazın 53 faizi Rusiyanın payına düşüb. Lakin Polşa bildirib ki, Rusiyanın qazı kəsməsi istehlakçıların təchizatına təsir göstərməyəcək, çünki ölkənin qaz terminalları 80 faizinədək doludur və qarşıdan isti yaz-yay mövsümü gəlir.

Polşanın qaz almaq üçün başqa alternativləri də var. Ölkə habelə maye qaz alır. Maye qaz Polşanın qaz idxalında bu il 26 faiz təşkil edib.

Bununla belə ekspertlər bildirirlər ki, Rusiya Polşaya qazın verilməsini bir neçə həftə dayandırarsa, bu ölkə bəzi böyük istehlakçıların hesabına qənaət rejiminə keçməli olacaq.

Xatırladaq ki, Polşa onsuz da uzun perspektivdə Rusiya qazından tam imtina etməyi planlaşdırırdı və “Qazprom" şirkləti ilə yeni kontrakt imzalamayacağını bildirmişdi. Bundan başqa oktyabr ayından Norveçdən çəkilən yeni kəmər işə düşməlidir. Bu kəmərin 2022-ci ildə tam gücü ilə işə düşdükdən sonra Rusiya qazını tamamilə əvəz edəcəyi gözlənilir.

Bolqarıstan hökuməti də bildirib ki, "Qazprom" şirkətindən qazın kəsiləcəyinə dair bildiriş alıb. "Bulqarqaz" şirkəti bəyan edib ki, Rusiyanın ödəniş üçün yeni tələbi artıq mövcud kontraktın şərtlərinə ziddir. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam