Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək-RƏSMİ

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməkdə davam edir və çox güman ki, bu istiqamətdə əlavə tədbirlər görəcək.

Yenixeber.org: Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki növbəti brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Amerikanın məhdudlaşdırıcı tədbirlərindən qorunacaq insanlar yoxdur.

“Biz artıq Prezident (Rusiyanın dövlət başçısı - red) Putinə, eləcə də onun qızlarına, ən yaxın adamlarına qarşı sanksiyalar tətbiq etmişik. Əlavə icmal aparmağa davam edəcəyik. Yəqin ki, başqa bir şey edəcəyik”, - o deyib.

2022-ci ilin fevralın 24-də Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.(TASS)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam