Kiberhücumların sayı 4 dəfə artıb - Rəşad Nəbiyev
Dünya İqtisadi Forumunun ötən il dərc etdiyi qlobal risk hesabatında kibertəhdidlər dünyada üzləşdiyimiz ən ciddi risklərdən biri kimi qeyd edilib. Ötən il dünya iqtisadiyyatının kiberhücumlardan çəkdiyi ziyan təxminən 6 trilyon dollar olub.
Yenixeber.org: Bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, əgər 2016-cı ildə hər 40 saniyədən bir kiberhücumların şahidi olurduqsa, artıq 2021-ci ildə bu rəqəm 4 dəfə artıb. Belə ki, ötən il hər 11 saniyədən bir müxtəlif səviyyədə kiberhücumlar baş verib.