Bu rayonun hərbi prokuroru işdən çıxarıldı-ƏMR
Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib.
Yenixeber.org: Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.
Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.