Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə və Ermənistan xüsusi nümayəndələri Vyanada görüşəcək

 
Yenixeber.org: Çərşənbə günü Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması və inamın möhkəmləndirilməsi üzrə konkret addımlar atılacaq.  

"Biz Brüssel görüşündə sərhəd komissiyasının yaradılması ilə bağlı Ermənistan və Azərbaycanın nail olduğu razılaşmaya və Azərbaycanın təklif etdiyi hərtərəfli sülh sazişinə böyük önəm veririk", - Çavuşoğlu deyib.

"Cənubi Qafqazda sabitlik üçün hamı ilə münasibətləri normallaşdırmaq və çoxdan pozulmuş münasibətləri bərpa etmək lazımdır. Bu, asan deyil, cəsarətli addımlar lazımdır", -  o əlavə edib.

Onun sözlərinə görə, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin üçüncü görüşü Vyanada keçiriləcək.

"Mən ermənilərə demək istərdim ki, bu, asan proses deyil. ABŞ və Fransadakı diasporun bir hissəsi bu normallaşmanı dəstəkləmir. Bir tərəfdən deyirsiniz ki, bir gün münasibətlər normallaşmalı, sərhədlər açılmalıdır, ikinci tərəfdən də Türkiyədə və Yerevanda görüşməkdən hələ də qorxursunuz.

Türkiyədə görüşməyin nəyi pisdir? Əgər siz Türkiyədə görüşə bilmirsinizsə, digər məsələlərlə bağlı adımları necə atacağıq? Biz hətta demişik ki, Yerevana gedə bilərik, amma bizə dedilər yox, gəlin, üçüncü ölkədə görüşək", - Çavuşoğlu deyib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam