Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Müəllim və şagirdlər arasında əsaslı yoluxma yoxdur" -Nazir

 Təhsil Nazirliyi koronavirusla əlaqəli məktəblərdəki mövcud vəziyyəti açıqlayıb.
Yenixeber.org: Bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, hazırda ölkədə fəaliyyət göstərən bütün ümumtəhsil müəssisələri əyani tədrisdədir. Onun sözlərinə görə, müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur:
"Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı ola bilər. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır".
Nazir xatırladıb ki, ali təhsil müəssisələrində hazırda bəzi istisnalarla tədris ehtiyatlı şəkildə həyata keçirilir:
"Lakin ümumilikdə məktəb və bağçalarda pandemiya şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son qaydalarına əsasən təşkil edilir. Hələ də müəllimlərin maska tapması və digər tələblər qüvvəyədədir. Təbii ki, indiki vəziyyət əvvəlki dövrdən dəfələrlə yaxşıdır. Bu da təhsil işçilərinin vaksinasiya prosesində fəal iştirak etməsi ilə əlaqəlidir. Təhsil işçilərinin təxminən 97%-i peyvənd olunub. Əvvəldən də vəd etdiyimiz kimi vaksinasiya göstəricisinin yüksək olmasından irəli gələrək üzbəüz təhsildə davamlılıq əldə etmişik. Artıq tədris ilinin sonuna da yaxınlaşırıq. Ötən müddət ərzində də heç bir ciddi qapanmalara gedilmədi".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam