Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazir -"Gündəlik 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur"

Nazir: Gündəlik 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur

"Növbəti həftələrdə koronavirusa yoluxmanın hansı vəziyyətdə olacağı ilə bağlı qeyri-müəyyənliklə üz-üzəyik".

Yenixeber.org: Bunu təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində “Pandemiya dövründə tədrisin təşkili” mövzusunda sualları cavablandırarkən deyib.

“Hazırda ölkədə gündəlik təxminən 2 400 yoluxma var. Bu yoluxma halları fonunda bəzi insanlar uşaqların və müəllimlərin məktəbə getməsinin tərəfdarıdır. Bu, normaldır, amma yoluxma çox olduğu halda məktəblər açıq ola bilməz. Bu aylar ərzində bilirik ki, gündəlik yoluxmaların təxminən 4-6 faizi müəllimlər olub. Təbii ki, yoluxmaların hər biri məktəbdə baş vermir. Bu yoluxmalar ailədaxili, nəqliyyatda və başqa yerlərdə baş verir. Gündəlik təxminən 100-ə yaxın müəllim və məktəb personalı koronavirusa yoluxur. Bunun da 80 faizi Bakı, Sumqayıt və Abşeronun payına düşür”, - nazir əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam