Keçmiş rus hərbçi hərbi biletini yandırdı - SƏBƏB/VİDEO
Bir neçə il əvvəl Rusiyadan Ukraynaya köçmüş keçmiş rus hərbçi hərbi biletini yandırıb.
Yenixeber.org: Bu barədə Ukrayna mediası məlumat yayıb. Bildirilir ki, o, ruslara müraciət də ünvanlayıb.
"Aidiyyəti qurumlar xüsusi tədbirlər həyata keçirir və Ukrayna ərazisində təxribat- kəşfiyyat qruplarını müəyyənləşdirirlər. Belə tədbirlər zamanı həmvətənlərinin hərəkətlərinə qarşı çıxan və onları insanlığa qarşı utancverici hərbi cinayətdə suçlayan Rusiya Federasiyası vətəndaşlarının olmasını da müəyyən edib. Dövlət İstintaq Bürosu belə ruslardan birini Xmelnitski vilayətində tapıb. Rusiya Federasiyasında doğulan və ömrünün çox hissəsini orada keçirən gənc bir neçə il əvvəl Ukraynaya köçüb. Burada gələcək həyat yoldaşı ilə tanış olub.
O, buna qədər 56-cı Qvardiya Motoatıcı Qoşunların Kiçik Mütəxəssisləri Hazırlıq Mərkəzində (71717 saylı hərbi hissə) xidmət edib. Həmin şəxs işğalçıların hərəkətlərini pisləyib. O, Rusiya Federasiyasında aldığı hərbi biletini etiraz olaraq yandırıb. Həmin şəxs Ukraynanın dinc əhalisini qətlə yetirən hərbçilərə də müraciət edib. Müraciətində deyib ki, "Mən hərbçilərə müraciət etmək istəyirəm, həmyaşıdlarım, fikirləşin ki, niyə belə edirsiniz. Cinayət əmrini yerinə yetirməyi dayandırın və evinizə qayıdın!", - məqalədə yazılıb.