Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bakıdan - Avropaya ilk konteyner qatarı yola salınacaq

 

Çinin Xi’an şəhərindən Çex Respublikası paytaxtı Praqaya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (TİTR) vasitəsilə 42 konteyner daşıyacaq qatar Bakı – Tbilisi – Qars yolu ilə, daha sonra da Bosfor (İstanbul) boğazı altından keçən “Marmaray” xətti vasitəsilə Avropaya gedəcək ilk yük qatarı olacaq.

Yenixeber.org: Noyabrın 5-də İstanbulda qarşılanma mərasimi keçiriləcək qatar “China Railway Express”ə məxsusdur.

Operatoru "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi" Assosiasiyası olan marşrut TİTR-in üzvü olan Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçir.

Qeyd edək ki, aprel ayında Pekində keçirilən “Bir kəmər, bir yol” (“Belt and Road”) Beynəlxalq İqtisadi forumu zamanı TİTR Assosiasiyasına daxil olan “ADY Container LLC” ilə Çinin “Xi”an Continental Bridge International Logistics” şirkəti arasında imzalanan müqaviləyə əsasən, tərəflər cari ilin sonunadək 30 konteyner qatarı yola salmağı öhdəliklərinə götürüblər. Bu qatarların 20-si artıq göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam