Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hulusi Akar beş ölkənin müdafiə nazirlərini topladı-FOTO

Hulusi Akar beş ölkənin müdafiə nazirlərini TOPLADI

Türkiyə milli müdafiə naziri Hulusi Akar Bolqarıstanın müdafiə naziri Draqomir Zakov, Polşanın müdafiə naziri Mariuş Blasçak, Rumıniyanın müdafiə naziri Vasile Dincu, Ukraynanın müdafiə naziri Aleksey Reznikov və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə altıtərəfli videokonfrans toplantısında görüşüblər.

Yenixeber.org: Türkiyənin dəvəti və koordinasiyası ilə keçirilən görüşdən sonra verdiyi açıqlamada Akar görüşün çox məhsuldar keçdiyini deyib:

“Görüşdə diplomatik həllə kömək etmək üçün Ukraynada təcili atəşkəsin əhəmiyyəti və mülki şəxslərin təhlükəsiz şəkildə təxliyə edilməsinin vacibliyi qeyd olunub”.

İclasda müzakirə edilən digər məsələlərlə bağlı da dəyərləndirmələr aparan Akar bildirib:

“Görüş zamanı Qara dənizdə sülhün, əmin-amanlığın və sabitliyin qorunması, o cümlədən minalara qarşı mübarizə üçün əməkdaşlığın vacibliyi bir daha vurğulandı. Nəhayət, ağırlaşan humanitar vəziyyətlə əlaqədar fasiləsiz humanitar yardım və bölgədə böhranın daha da artmasının qarşısını almaq üçün görüləcək tədbirlər vurğulandı”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam