Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna Prezident Ofisi:"Prezidentlərin görüşünə hazırlığa başlamaq olar”

Rəsmi Kiyev Ukrayna Prezidenti Vlodomir Zelenski ilə Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş üçün hazırlıqlara başlamağı təklif edir.

Yenixeber.org: Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak brifinqdə deyib.

“Prinsipcə, prezidentlərin görüşünə hazırlığa başlamaq olar. Sənədlər paketi hazırlanıb. Biz onları artıq təqdim etmişik. Dövlət başçılarının görüşünün dəqiq nə vaxt baş tutacağı isə hələlik məlum deyil”, - o söyləyib.

M.Podolyak bildirib ki, Rusiya və Ukrayna danışıqları üzrə İşçi alt qruplarının fəaliyyəti davam edir.

Xatırladaq ki, Ukraynanın hakim “Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya prezidentlərin görüşü üçün kifayət qədər materialın toplandığını demişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam