Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bursa meri:“Şuşanı görməyi çox istəyirəm”

 

“Şuşaya səfər etməyi, bu şəhəri görməyi çox istəyirəm. Ümid edirəm ki, gələn TÜRKSOY çərçivəsində bunu həyata keçirə biləcəyəm”.

Yenixeber.org: Bunu Türkiyənin Bursa şəhərinin meri Alinur Aktaş bildirib.

“Azərbaycanın mədəniyyət naziri Anar Kərimov da bu gün bizimlədir. Yürüş zamanı baş tutan söhbətimiz zamanı TÜRKSOY-un iclasının Şuşada keçirilməsi məsələsini də müzakirə etdik. Bursa artıq belə miqyasda bir tədbirin keçirilməsi təcrübəsinə malikdir və bu təcrübəni Azərbaycanla bölüşməyə hazırıq. Təcrübəmizi bölüşmək üçün il ərzində Azərbaycana nümayəndə heyəti göndərməyi planlaşdırırıq”, - Alinur Aktaş deyib.

Xatırladaq ki, bu gün Bursada 2022-ci il Türk Dünyası Mədəniyyət Paytaxtı Əlaqələndirmə Mərkəzinin açılış mərasimi keçirilib.

Şuşa şəhəri 2023-cü ildə Türk Dünyası Mədəniyyət Paytaxtı elan ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam