Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qazaxıstan malların ixracı və tranziti üçün alternativ marşrutlar hazırlayıb

 

“Rusiyaya qarşı sanksiyalar fonunda Qazaxıstan hakimiyyəti ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar hazırlayıb”.

Yenixeber.org: Bunu hökumətin iclasında respublikanın sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev məlumat verib.

“Biz ixrac və tranzit yüklərin daşınması üçün alternativ marşrutlar və dəhlizlər işləyib hazırlamışıq. Nazirlik malların logistik tədarük zəncirlərində qırılmaların qarşısını almaq üçün operativ tədbirlər görüb” - deyə, o, əlavə edib..

Onun sözlərinə görə, ixrac yükləri Latviya limanlarına və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (TBNM) yönləndiriləcək.

“TBNM çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə ilə müştərək nəqliyyat və logistika şirkəti ilə analoji olaraq marşrut üzrə birgə müəssisənin yaradılması barədə razılıq əldə olunub. TBNM vasitəsilə yük daşımalarını inkişaf etdirmək üçün Aktau Dəniz Limanı azad iqtisadi zonasının bazasında konteyner qovşağının yaradılması da nəzərdə tutulub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam