Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dəmiryolu ilə yükdaşıma tarifləri azaldıldı

 

Azərbaycanda dəmiryol nəqliyyatında yükdaşıma tarifləri azaldılıb.

"Xeberinfo.com":   “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib ki, QSC yeni daşıma siyasətinin tətbiq edilməsinə start verir: "Ölkə rəhbərliyi və Nəqliyyat Nazirliyi tərəfindən dəmiryolçular qarşısında qoyulan ən mühüm tapşırıq yükdaşımaların, xüsusilə də tranzit yükdaşımaların həcminin artırılmasıdır. Buna isə daşımaların sürətinin artırılması, daşınan yüklərin təhlükəsizliyinin təmin edilməsi, çevik tarif siyasəti, irimiqyaslı logistika və marketinq işi ilə nail olmaq mümkündür. Tranzit yüklərin ölkə ərazisindən keçirilməsi əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına cəlb olunması üçün çox əhəmiyyətlidir".

Onun sözlərinə görə, qarşıya qoyulmuş məqsədlərin yerinə yetirilməsi üçün dəmiryol rəhbərliyi Qazaxıstan, Özbəkistan, Türkmənistan, Rusiya, Türkiyə, Gürcüstan dəmiryolu rəhbərləri və regionun nüfuzlu logistika şirkətləri ilə görüşlər keçirib: "Azərbaycan dəmiryolu dəhlizinin fəaliyyəti alternativ dəhlizlə müqayisə olunub daha səmərəli təşkili üçün Nəqliyyat Nazirliyi ilə razılaşdırılaraq bir sıra qərarlar qəbul olunub. Belə ki, yükdaşıma xidmətinin təşkilində səmərəliliyi artırmaq, beynəlxalq standartlara uyğun yeni xidmətlərin təşkili (qapıdan-qapıya), eləcə də sağlam rəqabətin yaradılması üçün regionda nüfuza sahib olan 2 əlavə ekspeditor şirkəti ilə birbaşa ekspedisiya müqaviləsi imzalanıb".

N.Əzməmmədov qeyd edib ki, həmçinin, bütün növ tranzit və idxal-ixrac konteyner daşımalarını stimullaşdırmaq məqsədilə mövcud tariflər aşağı salınıb. Verilmiş güzəştlər vaqon daşımalarında 35%-ə, konteyner daşımalarında isə 50%-ə qədərdir.

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam