Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ukrayna Ombudsmanı:Rusiya 440 minə yaxın sakini kütləvi deportasiya edib

 

"Rusiya qoşunları Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin əhalisini kütləvi surətdə deportasiya edir. Düşmən 440 minə yaxın dinc sakini çıxardığını bildirir".

Yenixeber.org: Bu barədə Ukrayna Ombudsman Lyudmila Denisova deyib.

"İşğalçının Müdafiə Nazirliyi bildirir ki, Ukrayna, Moldova və Rusiya Federasiyasının 90 min vətəndaşı artıq Xerson vilayətindən çıxarılıb”, - o qeyd edib.

Ombudsman Rusiya rəsmisinə istinadən əlavə edib ki, təkcə son 24 saat ərzində Ukraynanın müvəqqəti nəzarət olunmayan ərazilərindən 19,6 mindən çox mülki şəxs, o cümlədən Donetsk və Luqansk vilayətlərindən 3 300 uşaq təxliyə edilib.

“Ümumilikdə, Rusiya hərbçiləri “Ukraynanın təhlükəli bölgələrindən” 439 420 mülki şəxsin çıxarılmasını qeyd edir ki, onlardan 91 673-ü uşaqdır”, - Denisova qeyd edib.

Onun sözlərinə görə, qaçqınların miqyası yalnız Hitlerin İkinci Dünya Müharibəsi zamanı həyata keçirdiyi deportasiya ilə müqayisə edilə bilər.

"İşğalçı ölkə müharibə dövründə mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 49-cu maddəsini kobud şəkildə pozur. Bu, insanların işğal edilmiş ərazidən məcburi köçürülməsini və ya deportasiyasını qadağan edir", - Ombudsman vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam