Redaktor seçimi
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Parlamentin ən milyonçu üzvü: Feyziyevin Bakıda və Londonda məhkəmələrdən başı açılmır -
İcra başçısı Alı Alıyevin oğlunun fermasındakı yanğın zamanı iki uşaq kül oldu -
15 saylı Cəzaçəkmə Müəssisəsində xəstə məhkumlara dərman verilmir -
Günün xəbəri

Qarabağda sökülməyəcək tikililərlə bağlı -yeni qayda müəyyənləşdi

Qarabağda sökülməyəcək tikililərlə bağlı yeni qayda müəyyənləşdi
   
İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrin strukturu məlum olub.
Yenixeber.org: Bu, Baş nazir Əli Əsədovun imzaladığı qərarla təsdiqlənən “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında əsasnamə”də əksini tapıb.

Əsasnaməyə əsasən, Reyestrin strukturu aşağıdakı bölmələrdən ibarətdir:
- 1-ci bölmə - ilkin inventarlaşdırma işlərinin aparılması anında tikililərin vəziyyəti;
- 2-ci bölmə - tikililərdə dəyişikliklər (məsələn, yenidənqurma, bərpa, təmir işləri), həmçinin söküntü niyyəti barədə məlumatlar;
-3-cü bölmə - fərdi yaşayış evlərinə münasibətdə müvafiq dəyişikliklər və söküntü barədə məlumat, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntü barədə məlumatlar.
Reyestrin 1-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
- tikilinin yerləşdiyi rayon və yaşayış məntəqəsi (şəhər, kənd, qəsəbə);
- tikilinin növü (fərdi yaşayış evi, qeyri-yaşayış binası, yaşayış binası və s.);
- tikilinin məqsədli təyinatı (yaşayış, ticarət, istehsal, xidmət, abidə və s.);
- tikilinin yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və ünvanı (mövcud olduqda);
- tikilinin yararlılıq vəziyyəti (yararlı, qismən yararlı və yararsız);
- tikilinin kateqoriyası (sökülməsi qadağan edilən, sökülməsinə rəy tələb olunan və sökülməsi mümkün olan);
- tikilinin ümumi sahəsi;
- tikinti sahəsi;
- tikilinin mərtəbəliliyi (mövcud olduqda);
- tikilinin fotoşəkilləri;
- inventarlaşdırma nəticəsində tikiliyə verilən xüsusi, təkrar olunmayan inventar nömrəsi;
- qeydlər.
Reyestrin 2-ci bölməsinə aşağıdakı məlumatlar daxil edilir:
- söküntü niyyətinə dair məlumatlar:
müraciət edən orqan (qurum);
müraciətin məzmunu;
müraciətin tarixi;
tikilinin söküntüsü ilə bağlı rəylər haqqında məlumatlar (sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu halda):
- rəyləri təqdim edən orqan (qurum);
- rəylərin təqdim edilmə tarixi;
- rəylərin məzmunu (məqsədəuyğundur, məqsədəuyğun deyil);
söküntünün məqsədəuyğun olmaması barədə qeydiyyat orqanının məlumatı;
- tikilidə dəyişiklik niyyətinə dair məlumatlar:

Reyestrin 3-cü bölməsinə fərdi yaşayış evlərinə münasibətdə müvafiq dəyişikliklər və söküntü barədə məlumatlar, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə məlumatları, həmçinin söküntülər barədə məlumatlar daxil edilir.

Sökülməsi qadağan edilən tikililər kateqoriyasına aid edilmiş tikilinin sökülməsi ilə bağlı müraciətlər elektron informasiya resursu tərəfindən qəbul edilmir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam