Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DİM -abituriyentlərə müraciət edib


Dövlət İmtahan Mərkəzi (DİM) XI sinfi bu il bitirən və ya keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş, lakin martın 17-dək qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib.

Yenixeber.org: DİM-dən verilən xəbərdə bildirilib ki, DİM tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin martın 17-dək elektron ərizəsini təsdiq etməyən abituriyentlərə qeydiyyatdan keçmək üçün əlavə imkan yaradılacaq.

XI sinfi bu il bitirən bütün abituriyentlər üçün elektron ərizə qəbulu proqramı aprel-may aylarında aktiv olunacaq.

Bundan əlavə, keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş abituriyentlər üçün də elektron ərizə qəbulu proqramı yenidən aktiv olunacaq. Həmin abituriyentlər I, II, III və IV qruplardan hər hansı birini seçdikləri halda imtahanın birinci mərhələsinin nəticəsi kimi keçən il topladıqları bal nəzərə alınacaq. Keçən il buraxılış (qəbul imtahanının birinci mərhələsi) imtahanından topladıqları balı müvafiq müsabiqə şərtini ödəyənlər V qrupu və ya kollecləri də seçib həmin nəticə ilə müsabiqədə iştirak edə biləcəklər. Keçən il buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) vermiş və çağırış yaşı tamam olan oğlan abituriyentlərin çağırışdan möhlət hüququnun olması və ya çağırışdan azad edilməsi barədə məlumatı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) elektron-məlumat bazasında əks olunduğu halda onlar da qeydiyyatdan keçə biləcəklər.

Ərizə qəbulu proqramının aktiv olunma tarixləri barədə əlavə rəsmi məlumat veriləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam