Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

DİM-dən -abituriyentlər üçün yenilik

DİM-dən abituriyentlər üçün yenilik

Buraxılış (qəbul imtahanlarının birinci mərhələsi) imtahanlarında ali və ya orta ixtisas təhsili müəssisələrinə sənəd verən, lakin üzrlü səbəblərdən (temperatur, xəstəlik və s.) imtahanlarda iştirak edə bilməyənlər üçün də Dövlət İmtahan Mərkəzində (DİM) sağlam olduqları haqqında arayış təqdim etdikdən sonra növbəti imtahan günlərinin birində imtahan verməsi üçün şərait yaradılıb.

Yenixeber.org: Mərkəzdən verilən məlumata görə, buraxılış (qəbul) imtahanları bir neçə dəfə (müxtəlif şəhər və rayonlar üzrə) keçirilib və ay yarımdan artıq davam edib.

Buna görə həmin şəxslərin də imtahan verməsi üçün imkan yaradılıb.

Son vaxtlar isə Dövlət İmtahan Mərkəzinə ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı əsaslı bir səbəb olmadan qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyentlərin də imtahanların ikinci mərhələsinə buraxılmalarına icazə verilməsi ilə bağlı müraciətləri daxil olub.

COVID-19 infeksiyası ilə əlaqədar yaranan çətinliklər, xüsusi karantin rejimi, pandemiya şəraitinin məhdudiyyətləri və qeyd olunan müraciətlər nəzərə alınaraq Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə sənəd verən, lakin hər hansı bir səbəbdən qəbul imtahanlarının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən bütün abituriyentlərin (1000-ə yaxın) imtahanların ikinci mərhələsinə buraxılmasına icazə verilib.

Həmin abituriyentlər seçdikləri ixtisas qrupuna uyğun şəhər və rayonun imtahan günündə – avqustun 13, 14, 20 və ya 21-də keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsində iştirak edə bilərlər.

Lakin bu abituriyentlər nəzərə almalıdırlar ki, onlar ali təhsil müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqədə qəbul imtahanlarının ikinci mərhələsindən topladıqları bal əsasında iştirak edəcəklər.

Qeyd edək ki, abituriyentlərin qəbul imtahanlarının ikinci mərhələsində maksimal olaraq 400 bal toplamaq imkanı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam