Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

DYP:“İsmayıllıda yollar qardan təmizlənir, avtomobillərin hərəkəti davam edir”

 

“Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qarın yaratdığı fəsadların aradan qaldırılması, nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün tədbirlər görülür”.

Yenixeber.org: Bunu Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O qeyd edib ki, hazırda BDYPİ-yə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının əməkdaşları tərəfindən yol təsərrüfatı işçiləri ilə birgə Basqal qəsəbəsi ərazisindəki yollar qar və buzdan təmizlənir: “Hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir. Hazırda yollar nəzarət altındadır, avtomobillərin hərəkəti davam edir”.

"Bir daha sürücülərə müraciət edərək hava şəraitini düzgün qiymətləndirməyi, qar yağan bölgələrə səfərlər zamanı zəruri ehtiyyat tədbirləri görməyi xahiş edirik", - İdarə rəsmisi bildirib.

Qeyd edək ki, ötən gün qarın yağması ilə əlaqədar Muğanlı-İsmayıllı yolunun Basqal qəsəbəsi ərazisindən keçən hissəsində qar uçqunu baş vermişdi. Qar uçqunu səbəbindən avtomobillərin hərəkəti tamamilə iflic olmuşdu.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam