Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İsgəndər Mahmudov “Kalaşnikov” konsernini aldı

 

Rusiyanın Ural Dağ-Metallurgiya Şirkətinin sahibi İsgəndər Mahmudov “Kalaşnikov” silah konserninin sahiblərindən birinə çevrilib.

"Xeberinfo.com":  Məlumata görə, Mahmudov Rusiyanın “Rostex” dövlət korporasiyasına daxil olan “Kalaşnikov”un səhmlərinin 12,25%-ni öz tərəfdaşı Andrey Bokarevdən satın alıb. Beləliklə, səhmlərin 25%-i İsgəndər Mahmudova məxsusdur. Səhmlərin 51%-i isə “Rostex”də qalıb. Andrey Bokarevin əlində isə səhmlərin 12,25%-i qalıb.
“Kalaşnikov” konserni 2013-cü ilin avqust ayında qeydiyyatdan keçirilib. O, Rusiyanın İcevsk şəhərində yerləşən iki müəssisənin – “İjmaş”ın və İjevsk Mexanika Zavodunun əsasında yaradılıb. Konserndə avtomat və snayper silahları, idarə olunan artileriya mərmiləri və geniş çeşiddə mülki məhsullar istehsal edilir.
“Forbes”in məlumatına görə Rusiyanın 15-ci varlı adamı olan İsgəndər Mahmudovun kapitalı 2,7 milyard dollara bərabərdir. Milliyyətcə özbək olan İsgəndər Mahmudov 1963-cü ildə Buxara şəhərində anadan olub. 1980-ci illərdə Daşkənddə gizli sex sahibi çalışan İsgəndər Mahmudov 1991-ci ildə Moskvaya köçüb və leqal bizneslə məşğul olmağa başlayıb.

 

ANS PRESS


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam