Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kiyevdə bir Azərbaycan vətəndaşı saxlanılıb -digər isə itkin düşüb

Kiyevdə bir Azərbaycan vətəndaşı saxlanılıb, digər isə itkin düşüb

Ukraynada Kiyevin-Jitomir trasında fevralın 28-də axşam saatlarında Ukrayna hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Manafov Ruslan saxlanılıb.

Yenixeber.org: 30-35 yaşlarında olan azərbaycan vətəndaşının hazırda harda saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.

Dünən həmçinin Kiyevdə daha bir Azərbaycan vətəndaşı evindən çıxıb, lakin geri qayıtmayıb. Ukraynda yaşayan azərbaycan vətəndaşlarına bu günlərdə evdən bayıra çıxmamaq tövsiyyə olunur.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi dünən Kiyevdə tətbiq edilən komendant saatı ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Müraciətdə qeyd olunur ki, komendant saatı zamanı piyada gəzmək qəti qadağandır.

“Kiyevdə komendant saatı saat 20:00-dan 07:00-dək davam edəcək. Bu zaman yalnız Kiyev şəhərinin Hərbi Komendantının yeni tipli xüsusi buraxılışa malik olanlar şəhər ətrafında hərəkət edə bilər. Əvvəllər verilmiş buraxılışlar ləğv edilir. Biletlər yalnız nəqliyyat üçün verilir. Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır! Komendant saatı zamanı xüsusi buraxılış olmadan küçədə olacaq mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”, - müraciətdə deyilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam