Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Açılış vә bağlanış mәrasimlərinə 100 milyon manat xərclənib”

 

“Avropa Oyunların açılış vә bağlanış mәrasimi üçün büdcәdә 100 milyon manat nәzәrdә tutulmuşdu”.

"Xeberinfo.com":   APA-nın mәlumatına görә, bunu gәnclәr vә idman naziri Azad Rәhimov deyib. Onun sözlәrinә görә, bu rәqәm bir neçә mәrhәlәdә formalaşır: “Sonuncu mәrhәlә Bakıya gәlәn xüsusi texnikalar, liftlәr, kostyumlarla bağlıdır. Hazırda hesablamalar gedir, mənim təxminimə görə, rəqəm 100 milyondan da az olacaq”.
Nazir qeyd edib ki, Oyunların ümumi büdcəsi 960 milyon manat olub: “Bu büdcə müxtəlif istiqamətlərdə işlənib. Bura açılış-bağlanış mәrasimi, informasiya texnologiyaları, maaşlar vә sair istiqamәtlәr daxildir. Biz büdcәdәn 1 manat da kәnara çıxmamışıq. Manatın devalvasiyasına görә xaricdәn gәlәn mallar üçün әlavә 134 milyon manat lazım idi. Biz o vəsaiti də dövlәtdәn әlavә mәblәğ olaraq istәmәdik, bәzi xәrclәri qәnaәt edərək əvvəldən nəzərdə tutulan büdcədən istifadə etdik”.
A. Rəhimov qeyd edib ki, Bakı Avropa Oyunlarının Әmәliyyat Komitәsinin Nizamnamәsindә gәlirlәrlə bağlı üç istiqamət var.
Onun sözlәrinә görә, bunlardan biri bilet satışı ilә bağlıdır: “Digәrləri sponsordan gәlәn gәlir vә yayım hüquqlarını satmaqla bağlıdır. Bu 3 istiqamәt üzrә hesablamalardan sonra 15-17 milyon vәsait toplanıb”.
Nazir oyunlarda 17 min könüllünün iştirak etdiyini deyib: “Onlardan 5 mini açılış vә bağlanış mәrasimlәrindә, digәrlәri isə yarışlarda iştirak ediblәr”.
A. Rəhimov deyib ki, könüllülər üçün prezident tәrәfindәn xüsusi mükafatlar tәqdim olunacaq: ” İstәrdik ki, onlar gәlәcәkdә də bizimlә işlәsinlәr”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam