Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Metro 24 saat işləyəcək

 

“Avropa Oyunlarının açılışı və bağlanış günü sərnişinlər qurtarana qədər qatarlar işləyəcək”
"Xeberinfo.com":  Avropa Oyunları ərəfəsində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, iyunun 12-dən etibarən metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək. Onun sözlərinə görə, oyunların açılışı və bağlanışı günü ola bilsin ki, metro 24 saat işləsin.
“Sərnişinlərin çoxluğunu nəzərə alaraq, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər. Avropa Oyunlarının açılış günü və bağlanış günü metro qatarları səhərə qədər xidmət göstərə bilər. Çünki stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olacaq. Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək”, – deyə Nəsimi Paşayev bildirib.
Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da gecəyə qədər işləyəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun anspress-ə verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində sərnişin avtobusları 20 saatdan çox işləyəcək.
“Sərnişin avtobusları səhər saat 05:00-dan işləməyə başlayacaq və gecə saat 01:00-a qədər işləyəcək. Oyunların açılış və bağlanış günlərində isə ola bilsin avtobuslar bütün gecəni də işləsin”, – deyə Namiq Həsənov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam