Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan “Bakı-2015“dən nə qədər qazanacaq?

 

Dünən "Bakı-2015” ilk Avropa Oyunları məşəlinin yandırılması mərasimi keçirldi

"Xeberinfo.com":  Məlumata görə, bununla da artıq rəsmi Bakı tədbirə hazır olduğunu nümayiş etdirdi. 
Birinci Avropa oyunlarında 50 ölkədən 20 idman növü üzrə 6 min idmançının iştirakı gözlənir. Yarışlar Bakı və Mingəçevirdə 21 stadionda və obyektdə keçiriləcək. 
 
Bəs, bu tədbir Azərbaycana nə qədər vəsaitə başa gəlir? 
 
Azərbaycan Respublikasının 2013, 2014 və 2015-ci il üçün təsdiq olunuş büdcəsi əsasında apardığımız hesablamalara görə, 1-ci Avropa oyunları Azərbaycana 3 milyard 506 milyon 850 min manata başa gələcək. Son məlumatlara görə, büdcədən ayrılmış vəsaitin 90 faizindən çoxu xərclənib. Yerdə qalan 300 milyon manata qədər vəsaitin də yaxın 2 ayda xərclənməsi gözlənilir. 1-ci Avropa oyunlarının təşkili ilə əlaqədar olaraq birbaşa xərclərin 72,6 faizini və ya 2 milyard 546 milyon 700 min manatını (2013-cü ildə 345,9 milyon manat, 2014-cü ildə 864,8 milyon manat və 2015-ci ildə 1 milyard 336 milyon manat) idman infrastrukturunun tikintisi və yeniləşməsi xərcləri, 27,4 faizini və ya 960 milyon 150 min manatını əməliyyat xərcləri təşkil edir. 
 
Təbii ki, xərclənmiş vəsaitin bir hissəsi Azərbaycanda qalacaq, amma nəzərə almaq lazımdır ki, bu xərcləmələr hesabına yaradılan idman obyektləri sonrakı illərdə dövlət büdcəsi üçün əlavə xərc mənbəyinə çevriləcək Çünki, Avropa oyunları bitəndən sonra aylarla boş qalacaq obyektlərin istismar xərcləri ildən ilə artmaqla yanaşı hər il büdcədən ən azı 10 milyonlarla vəsaitin bu məqsəd üçün ayrılmasını zəruri edəcək. 
 
Digər bir məqama da diqqəti çəkmək istrədim. Hazırda 2000 nəfərə qədər azərbaycanlı bu layihədə çalışır və yüksək əmək haqqı alırlar. Bu da əməliyyat büdcəsinin bir hissəsini təşkil edir. Amma nəzərə alaq ki, 2 aydan sonra həmin işçilərin müqaviləsi başa çatır və onlar da müvəqqəti iş yerlərini itirirlər. Bu da o deməkdir ki, 2 aydan sonra əmək bazarına sayı minlərlə olan yeni və ixtisaslı işsizlərlər daxil olacaq. 
 
Gəlirlərə gəlincə, onu qeyd etmək istərdim ki, Avropa oyunlarında satışa 600 min bilet çıxarılacaq. Bu biletlərin qiyməti açılış və bağlanış mərasimi istisna olmaqla maksimum 5 manatdır. Açılış mərasimində ən bahalı biletlər 200 manat, bağlanış mərasimində isə 100 manat olacaq. Bu biletlərin hamısı satılacağı halda oyunlardan 30 milyon manata qədər vəsait qazanıla bilər ki, bu da cəmi xərclərin 0,85 faizini örtə bilər. 
 
Təqdim etdiyim hesablamarla bu tədbiri yalnız iqtisadi faydasına görə qiymətləndirmək istəməzdim. Amma, unutmayaq ki, hazırda neft gəlirləri hesabına formalaşmış valyuta ehtiyatlarının xərclənməsinə başlanıldığı indiki şəraitdə iqtisadi rasionallıq artıq əvvəlki illərlə müqayisədə Azərbaycan üçün daha çox əhəmiyyət kəsb edir. (mia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam