Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Manatın ucuzlaşması Avropa Oyunlarının büdcəsinə təsir etmədi“

 

"Dünya iqtisadi böhranı I Avropa Oyunlarının büdcəsinə təsir edə bilməzdi"

"Xeberinfo.com":   Məlumata görə, bu barədə TASS-a Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, planlaşdırılmamış xərclərlə birgə bütün büdcə 1,174 mlrd. manat (təxminən 1,12 mlrd. ABŞ dolları) təşkil edib. Onun əsas hissəsi 960 milyon manat (915,8 milyon dollar) təşkil edir.
"Neftin qiymətinin düşməsini deyirsinizsə, iqtisadi böhran Avropa Oyunlarının təsdiq olunan büdcəsinə heç bir şəkildə təsir edə bilməzdi. Məbləğ əvvəlcədən bu büdcəyə daxil edilib. Əgər büdcə təsdiqlənibsə, bu o deməkdir ki, neftin qiymətinin düşməsindən asılı olmayaraq icra olunacaq" - A.Rəhimov qeyd edib.
Gənclər və idman naziri vurğulayıb ki, mövcud büdcəni manatın 30-33% devalvasiyası dəyişdirə bilərdi: "Bu xaricdə tədarüklə bağlı bir çox müqavilələrə təsir edə bilərdi. Lakin deyə bilərəm ki, ölkə büdcəsindən - Maliyyə Nazirliyindən, hər hansı bir xüsusi fonddan artıq bir dollar belə istəməmişik. Manatın devalvasiyası, açılış mərasimi üçün xərclərlə bağlı vəziyyət tamamilə büdcəyə təsir etməyib. Biz əvvəlcədən planlaşdırılan məbləğ çərçivəsində hərəkət etdik".
A.Rəhimov bildirib ki, açılış və bağlanış mərasimi üçün büdcədən əlavə olaraq vəsait istənilməyib və bunun üçün büdcə 240 milyon manat (229 milyon ABŞ dolları) təşkil edib (report.az).

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam