Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Rusiyanın bu ölkədəki səfiri XİN-ə çağırılıb

Rusiyanın Hollandiyadakı səfiri XİN-ə çağırılıb

Rusiyanın Haaqadakı səfiri Aleksandr Şulqin Hollandiya Xarici İşlər Nazirliyinə dəvət olunub. 
Yenixeber.org: Bu barədə Rusiyanın Haaqadakı diplomatik missiyasının birinci katibi İrina Qridina məlumat yayıb.
Onun sözlərinə görə səfirin XİN-ə çağırılması "Luqansk" və "Donetsk Xalq Respublikaları"nın tanınması ilə əlaqədar olub.
Diplomat deyib ki, Rusiya tərəfinə beynəlxalq hüquq normalarını pozduğu iddia edilən qanunların siyahısı, bir sıra beynəlxalq hüquqi sənədlər, o cümlədən Helsinki Yekun Aktı, Yeni Avropa üçün Paris Xartiyası təqdim edilib.
Hollandiya mətbuatı isə Niderlandın Nazirlər Kabinetinin Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyanın Haaqadakı səfirə etiraz üçün dəvət etməsi barədə məlumat yayıb.

Qeyd edək ki, Avropa ölkələri dünən Rusiyanın Ukrayna ərazisində yerləşən qondarma rejimlərin müstəqilliyini tanımasından sonra bu gündən başlayaraq rus səfirləri XİN-ə çağırırlar.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam