Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nazirlik rəsmisi:"Yoluxma sayında kəskin azalma var, şagirdlərin dərsə davamiyyəti nisbətən yaxşılaşıb"

Nazirlik rəsmisi: Yoluxma sayında kəskin azalma var, şagirdlərin dərsə davamiyyəti nisbətən yaxşılaşıb

"Hazırda ölkədə fəaliyyət göstərən məktəblərdə pandemiya ilə bağlı vəziyyət sabitdir. Son iki həftədə yoluxma sayında kəskin azalma müşahidə edilir".

Yenixeber.org: Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması sektorunun müdiri Fuad Qarayev deyib.

Sektor müdirinin sözlərinə görə, bu səbəbdən şagirdlərin dərsə davamiyyəti də əvvəlki dövrlərə nisbətən yaxşılaşıb:

"Hesab edirəm ki, yaxın zamanda yoluxma sayı o həddə çatacaq ki, tədris prosesində qırılmalar baş verməyəcək".

Təhsil işçilərinin vaksinasiya məsələsindən danışan F.Qarayev bildirib ki, hər bir müəllim öz məsuliyyətini başa düşür: "Bilir ki, şagirdlərlə birbaşa ünsiyyətdədir və cəmiyyətdə nümunəvi insandır. Ona görə də müəllimlərimiz vaksinasiya prosesində aktiv iştirak edirlər".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam