Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ATƏT -Ukraynanın şərqindəki vəziyyətdən narahatdır

ATƏT Ukraynanın şərqindəki vəziyyətdən narahatdır

ATƏT Ukraynanın şərqində təhlükəsizliklə bağlı vəziyyətin əhəmiyyətli dərəcədə pisləşdiyini elan edib və gərginliyi azaltmağa çağırıb.

Yenixeber.org:  Bu barədə təşkilatın hazırkı sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau və qurumun baş katibi Helqa Mariya Şmidin müvafiq bəyanatında yer alıb.

“Ukraynanın şərqində silahlı zorakılığın əhəmiyyətli dərəcədə artması ilə bağlı xəbərlərdən dərin narahatıq. Biz onsuz da gərgin olan vəziyyətin deeskalasiyası ilə yanaşı, güc tətbiqindən çəkinməyin zəruriliyini bir daha bildiririk. Təmkin, dialoq və məsuliyyət hər iki tərəfin üzərinə düşür və böyük əhəmiyyət kəsb edir”, - deyə məlumatda bildirilir.

Bəyanatda deyilir ki, Rau və Şmid Ukraynanın şərqindəki vəziyyətlə bağlı düşmənçilik ritorikasına son qoymağa çağırıblar, çünki bu, sülhü təşviq etmək səylərinə xələl gətirir və gərginləşmə təhlükəsi yaradır.

“Eşitdiyimiz artan düşmənçilik və qızışdırıcı ritorika sülh, sabitlik və təhlükəsizliyin təşviqi səylərini sarsıdır, gələcək qarşıdurma və eskalasiya risklərini artırır. Buna son qoyulmalıdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam