Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İqtisadi Şuranın növbəti iclası keçirilib

İqtisadi Şuranın növbəti iclası keçirilib

17-18 fevral tarixlərində Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

Yenixeber.org: Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda antiinflyasiya tədbirlərinin gücləndirilməsi, ərzaq təhlükəsizliyi və ixrac üzrə aqrar sahənin inkişaf hədəfləri, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarından irəli gələrək "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın dövlət büdcəsinin vəsaitləri hesabına maliyyələşdirilməsi və büdcə qaydasının parametrlərinin müəyyən edilməsi barədə məsələlər geniş müzakirə olunub.

İclasda iqtisadiyyat naziri Mikayıl Cabbarovun, maliyyə naziri Samir Şərifovun, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, kənd təsərrüfatı naziri İnam Kərimovun, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, həmçinin digər dövlət komitələri və qurumlarının rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam