Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ulduz kateqoriyası almayan hotellər cərimələnəcək

Ulduz kateqoriyası almayan hotellər cərimələnəcək

Azərbaycanda mehmanxanaların (hotellərin) “Turizm haqqında” Qanununa uyğun olaraq ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə görə 2 min manatdan 5 min manata qədər cərimə tətbiq olunacaq.

Yenixeber.org: Bu, Azərbaycan Prezidentinin bu gün imzaladığı İnzibati Xətalar Məcəlləsində (İXM) dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda əksini tapıb.

Qanuna görə, Məcəlləyə 428.1-ci maddə əlavə edilib.

Həmin maddəyə əsasən, sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə görə fiziki şəxslər min manat, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir.

Bundan əlavə, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə üç yüz manat məbləğində cərimə tətbiq ediləcək.

Həmçinin yerləşmə vasitələrində yerləşmə xidmətindən istifadə edən şəxslərin elektron qeydiyyatının aparılmamasına görə iki yüz manat məbləğində cərimə nəzərdə tutulub.

Bir il müddətdə turizm reyestri və elektron qeydiyyatla bağlı tələblərə təkrar əməl edilmədikdə 500 manat civarında cərimə tətbiq ediləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam