Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Tanınmış səyyahlar qrupunun işğaldan azad edilən ərazilərə səfəri başa çatıb

Tanınmış səyyahlar qrupunun işğaldan azad edilən ərazilərə səfəri başa çatıb

İyirmi bir ölkənin tanınmış səyyahlarından ibarət qrupun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başa çatıb.

Yenixeber.org: Səfərin sonuncu günü səyyahlar azad olunan ərazilərdə aparılan bərpa işləri və Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı şəhər” konsepsiyası, həmçinin Zəngəzur dəhlizinin Zəngilan rayonu ərazisindən keçən hissəsində dəmir yolunun bərpası üzrə görülən işlərlə tanış olublar.

Dəmir yolu xətti ilə tanışlıq zamanı onlara Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyəti barədə məlumat verilib.

Qeyd edək ki, 3 günlük səfər zamanı səyyahlar Füzuli-Şuşa-Ağdam-Kəlbəcər-Laçın dəhlizi-Qubadlı-Zəngilan marşrutu üzrə işğaldan azad edilmiş ərazilərdə olublar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam