Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Çevik Texniki Yardım Aləti üzrə inzibati saziş imzalanıb -Azərbaycan üçün

Azərbaycan üçün Çevik Texniki Yardım Aləti üzrə inzibati saziş imzalanıb

Avropa İttifaqı (Aİ) və Dünya Bankı (DB) bu gün Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalayıblar.

Yenixeber.org: Ümumi büdcəsi 5,25 milyon avro təşkil edən bu üçillik proqramı Aİ maliyyələşdirir, DB idarə edir.

Proqramın məqsədi Azərbaycan Hökumətinə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə” uyğun olaraq, məsləhət və analitik dəstəyi və potensialın gücləndirilməsini təmin etməkdən ibarətdir. Bu dəstək sosial inklüzivliyi və bağlantıları gücləndirməyə, iqtisadi islahatlara təkan verməyə, dövlət sektorunun idarəçiliyini gücləndirməyə və COVID-19-un təsirlərinin səmərəli şəkildə aradan qaldırlmasına kömək edəcək.

Sazişi DB-nin Azərbaycan üzrə meneceri Sara Maykl və Aİ-nin Azərbaycandakı nümayəndəsi Peter Mixalko imzalayıb. İmzalanma mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev də iştirak edib.

“Bu alət Azərbaycan hökumətinin sosial-iqtisadi inkişaf gündəliyinə sürətli və əhəmiyyətli dəstəyi təmin edəcək. O, xüsusilə COVID-19-un uzun müddətli sosial-iqtisadi təsirlərinin yumşaldılmasına kömək etməklə Azərbaycan xalqına, o cümlədən ən həssas əhali qrupların fayda verəcək. Bu təşəbbüs AI və Azərbaycan arasında möhkəm tərəfdaşlığın növbəti nümayişidir. O, Aİ-nin bu yaxınlarda 2 milyard avro investisiya potensialının olduğunu açıqladığı və müvafiq Beynəlxalq Maliyyə İnstitutları ilə sıx əməkdaşlıq çərçivəsində icra olunacaq Azərbaycan üçün İqtisadi və İnvestisiya Planı ilə əlaqələndiriləcək", - deyə P.Mixalko qeyd edib.

“Biz iddialı AZTAF porqramını icra etmək məqsədilə Azərbaycan Hökuməti və Avropa İttifaqı ilə tərəfdaşlıqdan çox məmnunuq. İnanırıq ki, o, Azərbaycana iqtisadiyyatın və institutların müasirləşdirilməsi, xidmətlərin göstərilməsi və insan kapitalının inkişafı və hamı üçün yaşıl gələcəyin qurulmasına yardım edən əsas hökumət proqramları və islahatlarını dəstəkləyəcək. Bu, bizim ölkə üzrə hazırki proqramımız üçün çox aktualdır və Azərbaycanla növbəti Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlanması üçün baza kimi çıxış edəcək”, – deyə S.Maykl bildirib.

AZTAF proqramı hökumətin təxirəsalınmaz prioritetlərinə cavab verən konkret fəaliyyətləri əhatə edir. Bu fəaliyyətlər hökumətin dövlət müəssisələrinin idarəçiliyi, dövlət satınalmaları, su ehtiyatlarının idarə edilməsi, “ağıllı kəndlər”, rəqəmsal inkişaf, enerji səmərəliliyi, qadınların sahibkarlıq fəaliyyəti, əlillik və inkluzivlik kimi geniş spektrli prioritetlərini dəstəkləyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam