Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Ermənilərin Xankəndidəki hava limanını XÜLYASI... -Aeroportu işlətmək üçün ruslarla danışıq aparırlar

 

Dünən Qarabağdakı separatçıların rəhbəri Arayik Harutyunyan “sərəncam” verərək, Xankəndidəki hava limanının “rəhbəri”ni işdən çıxarıb.

Yenixeber.org: Bu addımdan sonra ermənilər təşvişə düşüblər. Buna səbəb isə Xankəndi hava limanının birdəfəlik bağlanacağı barədə xəbərin yayılmasıdır.

Lakin Qarabağdakı separatçıların nümayəndəsi, özünü “xarici işlər naziri” kimi təqdim edən David Babayan Ermənistanda nəşr olunan “Joqovurd” qəzetinə verdiyi açıqlamasında deyib ki, Xankəndi hava limanının statusu dəyişməyib.

Onun sözlərinə görə, Rusiya tərəfi ilə əməkdaşlıq və birbaşa müdaxiləsi ilə yaxın vaxtlarda Qarabağdakı hava limanı yenidən açıla bilər. “Əlbəttə ki, Rusiya ilə əməkdaşlığı hamımız istəyirik. Hava limanının yenidən fəaliyyətə başlamasında maraqlıyıq. Amma bu vaxt aparacaq”..

Qeyd edək ki, Xankəndi Hava Limanının hazırkı “rəhəbəri” açıqlama verib ki, aeroportun yenidən açılması məsələsi danışıqlar mərhələsindədir. “Bunun realılaşması üçün mütləq Rusiya sülhməramlıları ilə əməkdaşlıq və razılığı lazımdır”.

Bildirək ki, Azərbaycan tərəfi Xankəndi şəhəri yaxınlığında yerləşən Xocalı aeroportunun fəaliyyətini qadağan edib. Hələ müharibədən öncə rəsmi Bakı bəyan etmişdi ki, əgər həmin hava limkanı işə düşərsə, buna qarşı ən sərt tədbirlər görəcək. Müharibədən sonra isə Xocalı aeroportu məsələsi birdəfəlik qapadıldı. Buna səbəb də Füzuli rayonu ərazisində beynəlxalq hava limanının inşa edilməsi və istifadəyə verilməsidir.

Ermənilərin yenidən bu məsələni qaldırması, ruslarla danışıqlar aparması isə daha çox blefə oxşayır. Çünki separatçılar yaxşı bilirlər ki, sözügedən hava limanı məsələsi Bakıda həssaslıqla qarşılanır. Eyni zamanda, onlar özlərini göstərirlər ki, guya, nəsə iş görməyə çalışırlar. Həmçinin bununla “biz də varıq” deməyə cəhd edirlər. Lakin bütün bunların hamısı boş və mənasız işlərdir. Ona görə ki, rəsmi Bakı Xocalı aeropotuna birbaşa özü nəzarət etməyənə qədər, oradan istifadə edilməsini icazə verməyəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam