Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Səttar Möhbalıyev Ramiz Mehdiyevdən danışdı:istefa verməlidir

  

AMEA-nın prezidenti Ramiz Mehdiyev özünü çox çətin və çıxılmaz vəziyyətə salıb. Hər gün tənqid girdabında çabalayır. Onu da deyim ki, bu durumu yaradan Ramiz Mehdiyevin özüdür.  Məni düşündürən odur ki, 30 ilə yaxın müddətdə ölkənin hakim komandasında yüksək rəhbər vəzifə tutan Ramiz Mehdiyev niyə özünü bu çətin  duruma salıb. Bax, bu təəccüb doğurur.

Yenixeber.org: Ramiz Mehdiyev səhərdən axşama kimi kimə gəldi acı dilini uzadır. Hətta Milli Məclisin deputatlarını ağır təhqir etməkdən, onlara “troll” damğası vurmaqdan belə çəkinmir. Azərbaycan Hökumətilə dialoqa gedən siyası partiyaları “Cib müxalifəti” adlandırır. Ramiz Mehdiyev uzun illər təmsil olunduğu Azərbaycanın hakim komandası başda olmaqla, hər kəsə savaş açır, həddindən artıq sərt sifarişlər göndərməyə can atır. O dövrünün bitməsi və qüruba enməsi ilə heç cür barışmaq istəmir. Mən bir deputat kimi buna çox təəssüflənirəm.

Ramiz Mehdiyev Azərbaycanın qanunverici orqanı olan Milli Məclisin deputatları haqqında durmadan qeyri-etik sözlər işlədir və onlara çirkab atır.

Ramiz Mehdiyevin Milli Məclisin ünvanına xoşa gəlməz sözlər deməyə, yersiz təhdidlər irəli sürməyə haqqı çatmır. Mənə elə gəlir ki Ramiz Mehdiyev dirəniş göstərməməli, sabah yox, elə bu gün istefa verməlidir.

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında çox ciddi böhran yaşanmaqdadır. Artıq ölkənin bir çox ziyalıları Ramiz Mehdiyevə öz etirazlarını bildirir və Akademiyanın rəhbərliyinin dəyişdirilməsini təkidlə tələb edirlər. Buna görə də o, qeyd-şərtsiz istefa verməlidir. Çünki Ramiz Mehdiyev bu elm məbədini daha da inkişaf etdirmək, Azərbaycan elmini dünyaya daha çox tanıtdırmaq, yeni-yeni elmi naliyyətlər əldə etmək əvəzinə, elm ocağını dedi-qodu, intriqa yuvasına çevirib. Bunun çıxış yolu yalnız onun istefasından keçir. İnanırıq ki, bu məsələ tez bir zamanda öz həllini tapacaq.

Səttar Möhbalıyev

 AHİK-in sədri, Milli Məclisin deputatı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam