Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Mərkəzi Bank:"İlin ikinci yarısından inflyasiya azalmağa doğru gedəcək"

Mərkəzi Bank: İlin ikinci yarısından inflyasiya azalmağa doğru gedəcək
“Beynəlxalq təşkilatların, dünyanın aparıcı mərkəzi banklarının və Azərbaycan hökumətinin proqnozları ondan ibarətdir ki, ilin ikinci yarısından başlayaraq inflyasiya azalmağa doğru getməlidir".

Yenixeber.org:  Bunu  Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

Onun sözlərinə görə, bütövlükdə Azərbaycan hökuməti və Mərkəzi Bankı qarşısında duran başlıca hədəf inflyasiyanın həcminin, səviyyəsinin azaldılmasıdır: "Bildiyiniz kimi, inflyasiya olduqca qlobal bir iqtisadi proses kimi qarşımızda durub. Artıq yanvar ayının nəticələrində də görürük ki, dünyanın aparıcı ölkələrində inflyasiyanın səviyyəsi qalxmaqda davam edir”.

E. Rüstəmov qeyd edib ki, bu istiqamətdə biz beynəlxalq inflyasiyanın azalmasına çox ümid edirik: "Çünki monetar, pul-kredit siyasəti sərtləşməlidir. Onlar antiinflyasiya tədbirlərini gücləndirməlidirlər ki, həm öz ölkələrində inflyasiyanı məhdudlaşdırsınlar, həm də Azərbaycana inflyasiya idxalını azaltsınlar. Digər tərəfdən, inflyasiyanın daxili amilləri də nəzarətdədir. Biz monetar siyasəti addım-addım sərtləşdirməyə doğru gedirik”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 112,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117,1 %, qeyri-ərzaq məhsulları üzrə 105,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 111,1 % təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 % olub.

Mərkəzi Bankın proqnozlarına görə, bu il Azərbaycanda illik inflyasiyanın hədəf diapozonundan (2-6 %) yuxarı - 6,6-7,5 % təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il ölkədə qiymətlər orta hesabla 6,7 % artıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam