Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Çavuşoğlu -Yunanıstanı miqrantlara qarşı qeyri-insani münasibətdə ittiham edib

Çavuşoğlu Yunanıstanı miqrantlara qarşı qeyri-insani münasibətdə ittiham edib

“Avropanın sərhədlərini qoruyan varsa, o da bizik”.

Yenixeber.org: Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu finlandiyalı həmkarı Pekka Haavisto ilə görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

Yunanıstanı miqrantlara qarşı anti-humanist davranışda ittiham edən XİN başçısı bildirib ki, Türkiyə bu hərəkətlərin 10 %-ni etsə, ciddi tənqidlərə məruz qalar.

“Sərhədi qoruyur deyə insanlıqdan kənar hərəkətləri müdafiə etmək Avropa dəyərlərinə kökündən ziddir. İnsanlardan pasport və geyimlərini alaraq geri göndərirlər. Bu soyuqda insanların paltarlarının alınmasından danışırıq. İnsan haqlarının müdafiəçiləri haradadır? İnsan haqları müdafiəçilərinin başında Finlandiya gəlir. Ümid edirəm ki, bu məsələ ilə bağlı xəbərdarlıq edərsiniz. Biz Türkiyə olaraq İrandan gələnlərə qarşı belə rəftar etmirik”, - M.Çavuşoğlu vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam