Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Pensiyaçılara veriləcək -200 manatın nə vaxt ödəniləcəyi açıqlanıb

Pensiyaçılara veriləcək 200 manatın nə vaxt ödəniləcəyi açıqlanıb
"Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardımın ilkin ödənişi fevral ayının pensiyaları ilə birgə həyata keçiriləcək".

Yenixeber.org: Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O bildirib ki, həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək: "İlkin ödəniş bu həftə ərzində müəyyən olunan qrafik əsasında yeni artımlarla birgə həyata keçiriləcək. Növbəti rübün ödənişləri isə hər rübün ilk ayında veriləcək".

Qeyd edək ki, fevralın 8-də Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi 2021-ci il üzrə orta aylıq nominal əmək haqqının artım tempinə uyğun indeksləşdirilərək 2022-ci ilin 1 yanvar tarixindən artırılacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam