Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xaçmazda ovçulara qarşı tədbir keçirildi

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmasını təmin etmək məqsədilə  rayon ərazisində növbəti tədbir keçirilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, keçirilən tədbir zamanı hər hansı bir qanun pozuntusu aşkarlanmayıb. Ərazidə olan vətəndaşlarla profilaktik söhbətlər aparılaraq onlara  “Ovçuluq haqqında” Qanunun tələbləri izah olunub.

Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən rayon ərazisində polis əməkdaşları tərəfindən fərdi şəxslərdə olan 42 ov silahı yoxlanılıb və saxlanma qaydalarının pozulduğuna görə 5 nəfərə qarşı qanunamüvafiq tədbirlər görülüb.

Qeyd edək ki, ölkə ərazisində qanunsuz ov hallarının qarşısının alınması məqsədilə nəzarət profilaktiki tədbirlər  davam etdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam